Əmrah Cəfərova yeni vəzifə verildi
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi nəticəsində DSMF-nin mətbuat katibi postundan azad olunan jurnalist Əmrah Fəqanoğlu yeni vəzifəyə təyinat alıb.
Modern.az saytının məlumatına görə, Əmrah Fəqanoğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini vəzifəsinə gətirilib. Qeyd edək ki, hazırda nazirliyin həmin şöbəsinin rəisi Elman Babayevdir.
Əmrah Fəqanoğlu Dövlət Sosial Müdafiə Fondunda çalışmazdan öncə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi vəzifəsində və "İki sahil” qəzetində işləyib.
BAKU.WS
Oxşar xəbərlər
Peniya Fondunun keçmiş rəhbərinin yeni işi bəlli oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sabiq rəhbəri Elman Mehdiyevin yeni iş yeri məlum olub. BAKU.WS xəbə...