Dövlət Miqrasiya Xidmətinə yeni sözçü təyin edilib
Dövlət Miqrasiya Xidmətində (DMX) növbəti kadr dəyişikliyi olub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, DMX-nın İctimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, I dərəcəli miqrasiya xidməti qulluqçusu, əməkdar jurnalist Füzuli İsmayılov vəzifəsindən azad edilib.
İdarənin rəis müavini vəzifəsinə jurnalist Elnur Kələntərli təyin edilib.
Qeyd edək ki, Elnur Kələntərli 25 aprel 1976-cı ildə Bakı şəhərində doğulub. “Space” televiziya kanalında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və digər qurumlarda çalışıb.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin 23-də imzaladığı sərəncamla Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.
BAKU.WSOxşar xəbərlər
"Qaçqınkom"da kadr dəyişiklikləri - SİYAHI
Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kadr dəyişiklikləri olub.BAKU.WS report-a istinadən xəbər verir ki, Komitən...