İşıq, qaz və su pulunun bahalaşacağı xəbərlərinə RƏSMİ cavab
31
iyl
2018
14:34
Gediş haqlarının bahalaşmasından sonra kommunal xidmətlərin qiymətinin artacağı ictimaiyyəti narahat etməyə başlayıb.BAKU.WS xəbər verir ki, Tarif Şurasının verdiyi yeni qərar ilə metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, həmçinin digər şəhər və rayonlarda sərnişindaşıma xidməti, şəhərdaxili məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik təsdiq edilib. Yeni qərar avqustun 1-dən qüvvəyə minəcək.Finans.az ictimai nəqliyyatda qiymət artımının kommunal xidmətlərə təsirini edəcəyini öyrənmək məqsədilə rəsmi dövlət qurumlarının münasibətlərini öyrənib. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, yaxın zamanda bu cür artımın bizdə də olub, olmayacağı hələ bilinmir: "Biz də icra edən qurumuq, dövlət, tarif şurası, Milli Məclis hansı qanunu versə, o qanun da icra olunacaq"."Azərsu" mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı təmsil etdiyi qurumun gündəmində belə bir məsələnin olmadığını vurğulayıb."Azəriqaz" mətbuat katibi İbrahim Kərbalayev bildirib ki, həmin qurum tərəfindən Tarif Şurasına tariflərin artması ilə bağlı hər hansı bir müraciət olunmayıb.BAKU.WS
Oxşar xəbərlər
Bu avtobusların da qiyməti bahalaşdı - 50, 85 qəpik (SİYAHI)
Xəbər verdiyimiz kimi, ötən gün (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edi...