Metro və avtobuslarda gediş haqqı artırıldı
30
iyl
2018
21:26
Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.Tarif (qiymət) Şurasının Katibliyindən BAKU.WS-ə verilən məlumata görə, iclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.Yeni qərara əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir.Bakı şəhərində ictimai nəqliyyatdan ödəniş vasitəsi kimi plastik və ya kağız kartdan istifadə edən sərnişinlərin nəzərinə çatdırılır ki, kartların balansından gediş haqqı üçün ödəniş 2018-ci ilin 31 iyul tarixinə qədər (31 iyul tarixi də daxil olmaqla) mövcud tariflə, 1 avqust tarixindən etibarən isə yeni tariflə tutulacaqdır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda bu avtobusda gediş haqqı artırıldı
Yanvarın 13-dən etibarən "BakuBus” avtobuslarının xidmət göstərəcəyi 175 nömrəli marşrut xəttində də gedişhaqqı göstərilən normativlərə uyğun olaraq 30 qəpik mü...