Sürücülərin nəzərinə! Cərimə meydançasındakı qiymətlər dəyişdi

Sürücülərin nəzərinə! Cərimə meydançasındakı qiymətlər dəyişdi
Sosial 2420
 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin saxlanması  qiymətləri dəyişib. 

BAKU.WS xəbər verir ki, Tarif (qiymət) Şurasının qərarına əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin 1 gün üçün saxlanması xidmətlərinin tarifləri nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan artıq olduqda isə 3 manat müəyyən edilib.

Tarif (qiymət) Şurasının iclasında həmçinin hava nəqliyyatı ilə Gəncə-Naxçıvan reysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 60 manat səviyyəsində təsdiq edilib. Yeni tariflər  bu gündən qüvvəyə minir.

BAKU.WS

Oxşar xəbərlər

Sürücülərin nəzərinə: Tarif Şurası yeni qiymətləri təsdiqlədi

Sürücülərin nəzərinə: Tarif Şurası yeni qiymətləri təsdiqlədi

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Tarif Şurasından BAKU.WS-ə verilən xəbərə görə, iclasda həmçinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol...

1683 Sosial 09:10 06 aprel 2016

Son xəbərlər