Sürücülərin nəzərinə: Tarif Şurası yeni qiymətləri təsdiqlədi
Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Tarif Şurasından BAKU.WS-ə verilən xəbərə görə, iclasda həmçinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin 1 gün üçün saxlanması xidmətlərinin tarifləri nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan yuxarı olduqda isə 3 manat müəyyən edilib.
Tariflər 2016-ci il 6 aprel tarixindən qüvvəyə minəcək.
Qərarlar Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın qərarları” bölmələrində yerləşdirilib.
BAKU.WS
Oxşar xəbərlər
Tarif Şurası qiymətləri ucuzlaşdırdı (SİYAHI)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. BAKU.W...