Tarif Şurası: "Ucuzlaşan dərmanların qiymətləri bahalaşa bilər"
"Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinə dollar manat məzənnəsi çərçivəsində yenidən baxılacaq".
Bunu BAKU.WS-ə Azərbaycan Respublikası Tarif Şurasından bildiriblər. Qurumdan bildirilir ki, yaxın müddətdə Tarif Şurası tərəfindən tənzimlənən dərmanların qiyməti ilə bağlı məsələnin detalları da müəyyənləşəcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2015-ci il 14 aprel tarixli Qərarına əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib. Bu il sentyabrın 15-dən ölkədəki dərman vasitələrinin Tarif (qiymət) Şurasının müəyyənləşdirdiyi vahid qiymətlə satılmasına başlanılıb.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Dərmanların qiymətini telefon və planşetlərdən öyrənmək olacaq
Bundan sonra dərmanların qiymətlərini telefon və planşetlərdən izləmək mümkün olacaq. Tarif Şurasından BAKU.WS-ə verilən məlumata görə, qiymətləri tənzimlənmiş...