Dərmanların qiymətini telefon və planşetlərdən öyrənmək olacaq

Dərmanların qiymətini telefon və planşetlərdən öyrənmək olacaq
Sosial 1260

Bundan sonra dərmanların qiymətlərini telefon və planşetlərdən izləmək mümkün olacaq. Tarif Şurasından BAKU.WS-ə verilən məlumata görə, qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısını mobil telefonlara və planşetlərə yükləmək mümkün olacaq. Bununla da, dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq mümkündür. Belə ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının www.tariff.gov.az saytının "Dərman vasitələri” bölməsində "pdf” formatında yerləşdirilib. Bu isə, həmin cədvəllərin mobil telefonlara və planşetlərə yüklənməsinə və cədvəllərdən elektron kitabça kimi istifadə etməyə, ictimai nəzarətin daha bir formasının tətbiqinə imkan yaradır. Qeyd edək ki, yeni dərman vasitələrinin qiymətləri təsdiqləndikcə bu cədvəllər də yenilənir. Ziya Səccad

BAKU.WS

Son xəbərlər