İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda dərmanların qiyməti yenidən aşağı salınacaq

İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda dərmanların qiyməti yenidən aşağı salınacaq
Sosial 1281

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq ölkədə bir sıra dərman vasitələrinin qiyməti yenidən endiriləcək.

BAKU.WS-in məlumatına görə, bu barədə İqtisadiyyat və Sənaye Nazirliyində keçirilən geniş kollegiya iclasında bildirilib.

Tədbirdə çıxış edən nazir Şahin Mustafayev dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsi barədə  məlumat verib. O, bu mühüm sosial məsələyə dövlət başçısının xüsusi diqqət göstərdiyi vurğulayıb. Tədbirdə həmçinin qeyd edilib ki, indiyədək 2200-dək dərman vasitəsinin qiymətləri təsdiq edilmiş, nəticədə dərman vasitələrinin qiyməti əhəmiyyətli dərəcədə endirilib. Hazırda 135 təsiredici maddə üzrə bəyannamələrin qəbulu davam etdirilir. Proses bütün dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyevin tənqidi nəticə verdi: sahibkarları sevindirəcək qərar

İlham Əliyevin tənqidi nəticə verdi: sahibkarları sevindirəcək qərar

Bundan sonra Azərbaycanda sahibkarların obyektlərində əsas olmadan yoxlamalar aparılmayacaq. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən...

11449 İqtisadiyyat 10:03 16 oktyabr 2015

Son xəbərlər