İlham Əliyevin tənqidi nəticə verdi: sahibkarları sevindirəcək qərar

İlham Əliyevin tənqidi nəticə verdi: sahibkarları sevindirəcək qərar
İqtisadiyyat 11451

Bundan sonra Azərbaycanda sahibkarların obyektlərində əsas olmadan yoxlamalar aparılmayacaq.

Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, qərar ölkə prezidenti İlham Əliyevin tapşırığından sonra verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib. İclasda insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması qərara alınıb. Xatırladaq ki, bu ilin oktyabr ayının 12-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda İlham Əliyev məmurlara sərt xəbərdarlıq edib. "Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır.” Yerli icra orqanlarının səbəbsiz yoxlamalarına münasibət bildirən İlham Əliyev bildirib ki, sahibkarlar bu hallarla çox rastlaşır. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Prezident bildirib ki, yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Prezident nazirləri toplayıb iclas keçirdi

Prezident nazirləri toplayıb iclas keçirdi

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr o...

2 Siyasət 13:55 12 oktyabr 2015

Son xəbərlər