Bakıda bu avtobusda gediş haqqı artırıldı

Bakıda bu avtobusda gediş haqqı artırıldı
Sosial 9961
Yanvarın 13-dən etibarən "BakuBus” avtobuslarının xidmət göstərəcəyi 175 nömrəli marşrut xəttində də gedişhaqqı göstərilən normativlərə uyğun olaraq 30 qəpik müəyyən edilib.BAKU.WS xəbər verir ki, bu barədə Modern.az-a "BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib.M.Piriyev qeyd edib ki, marşrut xətlərində tətbiq olunan gediş haqqı Tarif Şurasının müvafiq qaydalarına əsasən həyata keçirilir:"Bu qaydalara əsasən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin ödənişi məsafədən asılı olaraq dəyişir. Belə ki, şəhərətrafı və qəsəbələrarası 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) 20 q. 15 km-dən 25 km-dək (25 km daxil olmaqla) 25 q. 25 km-dən 30 km-dək (30 km daxil olmaqla) 30 qəpikdir”.Qeyd edək ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. 13 yanvar 2018-ci il tarixdən bu xətti üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən əvvəvlki xətdən fərqli olaraq "Xətai” metrosuna yox, "28 May” metrostansiyasınadək hərəkət edir.BAKU.WS

Oxşar xəbərlər

Bakıda aşan 175 nömrəli avtobusun marşrut xətti ilə bağlı vacib qərar verildi

Bakıda aşan 175 nömrəli avtobusun marşrut xətti ilə bağlı vacib qərar verildi

13.01.2018 tarixindən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “BakuBus” MMC-yə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avt...

4002 Sosial 14:48 08 yanvar 2018

Son xəbərlər