Bakıda dənizdə batan hər 3 yeniyetmənin meyiti TAPILDI - YENİLƏNİB - FOTO/VİDEO

İyulun 11-də Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun cəsədi bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.
***11:53
İyulun 11-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 3 nəfərdən ikisinin - 2008-ci il təvəllüdlü Abid Asif oğlu Aslanov və 2009-cu il təvəllüdlü Anar Asif oğlu Aslanovun cəsədi bu gün səhər saatlarında suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, batdığı ehtimal olunan üçüncü şəxs - 2007-ci il təvəllüdlü Ağaşirin Ramin oğlu Ağayevin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.
Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvəlləri də əməliyyatda iştirak edir.
***07:26
Bakıda dənizdə müəmmalı şəkildə boğulan yeniyetmələrin görüntüləri yayılıb.
Oxu.Az həmin fotoları təqdim edir:



***20.08
Bakı şəhəri, Xəzər rayonunun Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə batan üç nəfər yeniyetmə ilə bağlı bəzi detallar məlum olub.
Hadisə şahidi bildirib ki, axşam saatlarında yeniyetmələrin üçünü də suda görüb:
"Dənizin kənarında onlara yaxın yerdə "Mercedes-Benz" avtomobili dayanmışdı. İçərisində iki qadın, bir kişi və uşaq olub. Bir müddət sonra avtomobilin sürətlə hərəkət edib ərazidən getməsi diqqətimi çəkdi. Gəldik baxdıq ki, dənizdə heç kim yoxdur. Əgər boğulsaydılar, ərazidən qışqırıq səsləri eşidilərdi".
2008-ci il təvəllüdlü Abid və 2009-cu il təvəllüdlü Anarın atası Asif Aslanov bildirib ki, iki balam var idi, ikisi də batdı:
"Uşaqlar səhər dənizə getmək istəyirdilər. Dedim, qurban olum, getmə. Dedi, "ata, getmək istəyirəm", dedim ki, yaxşı, birlikdə rahat gedərik. Birdən nəsə olar deyə qoymurdum getsinlər".
Qeyd edək ki, hazırda batdığı ehtimal olunan şəxslərin, 2007-ci il təvəllüdlü Ağaşirin Ramin oğlu Ağayev, 2008-ci il təvəllüdlü Abid Asif oğlu Aslanov və 2009-cu il təvəllüdlü Anar Asif oğlu Aslanovun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən davam etdirilir.
Ətraflı Baku TV-nin süjetində:
Qalereya
Oxşar xəbərlər
Siyəzəndə dənizdə batanlardan daha birinin meyiti tapılıb - YENİLƏNİB
Siyəzəndə dənizdə boğulan 3 yeniyetmədən daha birinin meyiti tapılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən rayonu Zarat kənd sakini Mehdi Elgün oğlu...
