FHN kiçikhəcmli gəmilərin dayanacağı üçün bazanın fəaliyyətini dayandırdı - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində kiçikhəcmli gəmi və su nəqliyyat vasitələrinin dayanacağı üçün bazaların təhlükəsiz istismarının təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.
Bu çərçivədə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsində yerləşən Sahil parkında – Kür çayının sahilində inşa edilmiş kiçikhəcmli gəmilərin dayanacağı üçün bazaya baxış zamanı çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- dayanacaq bazasının istismarı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə razılaşdırılmayıb;
- avarların, asma mühərriklərin, yelkənlərin və digər avadanlıq və qurğuların saxlanma anbarı mövcud deyil;
- texniki sənədlər, sahil və üzən qurğuların texniki vəziyyəti, xilasetmə avadanlığı, buraxılış rejiminin təşkili, kiçikhəcmli gəmilərin təhlükəsiz dayanması üçün təchizat, yanğından mühafizə avadanlığı, bazada qeydiyyatdan keçməmiş gəmilərin dayanması və dayanan gəmilərin sayının yanalma normalarına uyğunluğu təmin edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, bazanın istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək bədbəxt hadisə faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən müvafiq təhlükəsizlik və mühafizə norma və qaydalarına dair tələblərin kobud pozulması faktları aşkar edilmiş Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsində yerləşən kiçikhəcmli gəmilərin dayanacağı üçün bazanın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...