Prezidentdən “Diqlas”la bağlı tapşırıq - kompensasiya veriləcək – VİDEO

Prezidentdən “Diqlas”la bağlı tapşırıq - kompensasiya veriləcək – VİDEO
Video
Video 3877

Nizami rayon İcra Hakimiyyəti başçısı Arif Qasimov və Prezident Administrasiyasının nümayəndələri “Diqlas” Ticarət Mərkəzindəki yanğından sonra zərərçəkən sahibkarları qəbul edib.

BAKU.WS xəbər verir ki, görüşdə çıxış edən icra başçısı zərər çəkənlərin diqqət mərkəzində olduğunu bildirib. Bundan sonra, Prezident Administrasiyasının şöbə müdiri Hüseyn Mövsümov bildirib ki, yanğından zərər çəkən hər bir sahibkara yardım ediləcək. “Hər birinizə dəymiş ziyan dövlət tərəfindən ödəniləcək”, - deyə Hüseyn Mövsümov bildirib. Qeyd edək ki, Nizamı rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzinin damında başlayıb. Daha sonra yanğın güclənib və ətraf ərazilərə keçib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Ziya SƏCCADBAKU.WS

Son xəbərlər