Yanğınla bağlı məsələ Prezident Administrasiyasında müzakirə edilir – RƏSMİ AÇIQLAMA

Yanğınla bağlı məsələ Prezident Administrasiyasında müzakirə edilir – RƏSMİ AÇIQLAMA
Hadisə 1207
Bakı şəhəri Nizami rayonu ərazisindəki “Diqlas” Ticarət Mərkəzindəki yanğından sonra zərəçəkən sahibkarlar həmin əraziyə toplaşıblar.BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Rövşən Əsədov bildirib. Jurnalist "Facebook" səhifəsində yazıb ki, malları külə dönən sahibkarlar icra hakimiyyətinə yürüş etmək istəsələr də, polislər yolu kəsərək yürüşün qarşısın alıb. Şikayətçilər dəymiş zərərin hesablanması və ödənilməsi ilə bağlı tələblər irəli sürürlər.Şikayətçilərlə danışığa Nizami rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev başlayıb.“Bizimyol.info”nun verdiyi məlumata görə, İldırım Mehdiyev şikayətçilərin qarşısına çıxaraq deyib ki, icra hakimiyyətinin başçısı Arif Qasimov hazırda Prezident Administrasiyasında müzakirələrdədir. "Orda bu məsələlər müzakirə edilir, baxılır. Hələlik bu müzakirələr başa çatmadan konkret heç bir vəd vermək mümkün deyil. Qəbul olunan qərarlarla bağlı zərərçəkənlərə və ictimaiyyətə məlumat veriləcək", - deyə qurum rəsmisi bildirib.BAKU.WS

Oxşar xəbərlər

Xəzər rayonunun yeni icra başçısı kimdir?

Xəzər rayonunun yeni icra başçısı kimdir?

Xəzər Rayon İcra Hakimiyyətinə təyin olunan yeni icra başçısı Elşən Rövşən oğlu Salahov əvvəllər də həmin qurumda çalışıb.BAKU.WS xəbər verir ki, bu təyinatdan...

4416 Sosial 14:51 05 fevral 2019

Son xəbərlər