Eldar Əzizovu bu xanım əvəz edir – FOTO

Eldar Əzizovu bu xanım əvəz edir – FOTO
Sosial 13722
Xəbər verdiyimiz kimi, Bakının Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova dünən yeni vəzifə verilib.BAKU.WS xəbər verir ki, Eldar Əzizov Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini təyin olunub.Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E.Əzizov birinci müavin kimi həm də şəhər meri səlahiyyətini icra edəcək.Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov bu ilin aprelində Baş nazirin müavini vəzifəsinə aparılıb.Bəs Eldar Əzizovu Səbaildə kim əvəz edir?BAKU.WS “minval.info”ya istinadən xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda icra başçısı səlahiyyətlərini 1-ci müavin Xalidə Bayramova icra edir.Qeyd edək ki, Xalidə Bayramova 12 ildən çoxdur Səbail Rayon İcra Hakimiyyətində rəhbər vəzifədə çalışır. O, 14 fevral 2006-ci il tarixində Səbail rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə, 11 iyul 2007-ci il tarixində isə başçının 1-ci müavini vəzifəsinə təyin edilib.BAKU.WS

Oxşar xəbərlər

Eldar Əzizov Bakı meriyasına gətirildi – YENİ TƏYİNAT

Eldar Əzizov Bakı meriyasına gətirildi – YENİ TƏYİNAT

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yeni vəzifə verilib.BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, o Bakı şəhər İcra Hakimiyyəti başçıs...

14084 Şou-biznes 16:31 16 iyul 2018

Son xəbərlər