Torreyra: "Bizə belə futbolçular lazımdır"

Torreyra: Bizə belə futbolçular lazımdır
İdman 28

Türkiyənin "Qalatasaray" klubunun yarımmüdafiəçisi Lukas Torreyra rusiyalı futbolçu Aleksey Batrakovun oyun keyfiyyətlərini dəyərləndirib və onun komandaya uyğunlaşması barədə danışıb.

BAKU.WS xəbər verir ki, Torreyra bu barədə "Çempionat" nəşrinə açıqlamasında bildirib.

Təcrübəli futbolçu komandaya yeni qoşulan oyunçuların uyğunlaşmasına kömək etməyə çalışdığını deyib. Onun sözlərinə görə, "Qalatasaray"da futbolçular üzərində ilk gündən ciddi təzyiq olur və bu vəziyyət Batrakov üçün də fərqli olmayıb.

Torreyra rusiyalı oyunçuya həm şəhərlə tanış olmaqda, həm də ailəsinin burada yerləşməsində dəstək göstərdiyini bildirib.

Batrakovun meydandakı çıxışını da qiymətləndirən yarımmüdafiəçi onun hücumda yüksək səviyyədə oynadığını, müdafiə baxımından isə inkişaf etdiyini vurğulayıb.

"Bizə məhz belə futbolçular lazımdır. Batrakov matçların taleyini həll etməyə qadirdir", – deyə Torreyra qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər