Tahir Gözəl: Daha iki transferimiz olacaq
"Çox yaxşı oyun oldu".
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanmaları barədə jurnalistlərə açıqlamasında deyib.
O, komandasının layiqli qələbə qazandığını söyləyib: "Təmiz qələbə oldu. Əsas odur ki, futbolçularımız zədələnmədi. Yeni transferlər özlərini yaxşı tərəfdən göstərdilər. Daha iki transferimiz olacaq. İnanıram ki, qrup mərhələsinə vəsiqə qazanacağıq".
Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Azərbaycanın iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın iki yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında medal qazanıb. BAKU.WS xəbər verir ki, bu barədə Azə...