Səudiyyə Ərəbistanı bu qadağanı Ronaldoya şamil etmədi
05
yan
2023
09:35
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna transfer olan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriges paytaxt Ər-Riyaddakı evlərində uşaqları ilə birlikdə yaşaya biləcəklər.
BAKU.WS Xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti evli olmayan cütlüklərin eyni evdə yaşamasına icazə vermir.
Lakin bu qadağa Ronaldo və Corcina cütlüyünə aid olmayacaq. Məsələ klub rəsmilərinin Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizdən aldıqları xüsusi icazə ilə həll olunub.
Oxşar xəbərlər
Ərəblər Ronaldonun ailəsinə malikanə və təyyarə verəcəklər - FOTO - Müqavilənin detalları məlum oldu
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə imzaladığı müqavilənin bəzi detalları məlum olub. BAKU.WS xəbər ver...