"Əl-Nəsr" klubunun Ronaldonun transferinə hazırlıq TƏFƏRRÜATLARI

Əl-Nəsr klubunun Ronaldonun transferinə hazırlıq TƏFƏRRÜATLARI
İdman 105

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu portuqaliyalı hücumçu Kriştiano Ronaldoya tibbi müayinə təyin edib.

BAKU.WS xəbər verir ki, hazırlığının təfərrüatları barədə "CBS Sports"a mənbədən bildirilib.

Klub futbolçu və onun nümayəndələri üçün yaşayış yeri hazırlayıb.

Məlum olub ki, Ronaldonun "Əl-Nəsr"lə müqaviləsinin geniş şərtləri artıq razılaşdırılıb.

Qeyd olunur ki, komanda qış transfer pəncərəsinin əvvəlinə kimi hücumçu ilə müqavilə bağlamağı gözləyir.

Həmçinin, "Əl-Nəsr" transfer olacağı təqdirdə Ronaldonun baş məşqçi təyinatına qədər klubun idarəçiliyində böyük rol oynayacağını bildirib.

Qeyd edək ki, Kriştiano Ronaldo son klubu "Mançester Yunayted"lə qalmaqallı müsahibəsindən sonra yolları ayırıb.

Son xəbərlər