Rövşən Nəcəf "Sabah", "Qarabağ" və "Zirə"yə uğurlar arzulayıb
07
iyl
2026
12:15
AFFA prezidenti Rövşən Nəcəf "Sabah", "Qarabağ" və "Zirə" komandalarında avrokuboklarda uğurlar arzulayıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"UEFA klub turnirlərinin təsnifat mərhələlərinə start verilir. Üç gün ərzində "Sabah", "Qarabağ" və "Zirə" müvafiq olaraq Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələlərində ölkəmizi təmsil etmək üçün meydana çıxacaqlar. Təmsilçilərimizə ölkəmizi layiqincə təmsil etmək yolunda uğurlu nəticələr arzulayıram", - deyə milli assosiasiyanın rəhbəri bildirib.
Oxşar xəbərlər
"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb
"Sumqayıt" heyətinə yeni basketbolçu cəlb edib. Bu barədə BAKU.WS-ə "gənclik şəhəri" təmsilçisindən məlumat verilib. Komanda müdafiəçi mövqeyində çıxış edən Elş...