"Neftçi"nin oyununda kobud hakim səhvi olub - AFFA rəsmisi açıqladı

Neftçinin oyununda kobud hakim səhvi olub - AFFA rəsmisi açıqladı
Video
İdman 45

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının VI turunda baş tutan oyunlardakı hakim qərarlarını şərh edib.

BAKU.WS xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Rəhim Həsənov "Qəbələ" - "Neftçi" oyununda baş hakim Cavid Cəlilovun qəbul etdiyi qərarlardan birinin yanlış olduğunu bildirib.

Detallara varan R.Həsənov vurğulayıb ki, "Neftçi"nin 11 nömrəli oyunçusu Alen Şkribekin "Qəbələ"nin 5 nömrəli futbolçusu Natan Monzanqoya qarşı qayda pozuntusu birmənalı olaraq qırmızı vərəqəlik epizod olub. Lakin baş hakim bu vəziyyətdə sadəcə sarı vərəqə ilə kifayətlənərək səhvə yol verib.

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər