Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"
"Formula 1" üzrə Azərbaycan Qran-prisi "Ferrari" pilotu Şarl Leklerin zövq aldığı yarışlardan biridir.
BAKU.WS report-a istinadən xəbər verir ki, sürücü bu barədə Bakıdakı mətbuat konfransında açıqlama verib.
O, həftəsonu baş tutacaq turnirlə bağlı təəssüratlarını bölüşüb:
"Bakıdakı Qran-pri zövq aldığım yarışlardan biridir. Sıralama turları burada mənim üçün yaxşı keçib. Amma əsas yarışlar daha çətin olub. Ümid edirəm ki, bu dəfə bunu düzəldə biləcəyik".
Ş.Lekler cari mövsüm sıralama turlarında çətinlik çəkdiklərini deyib:
"Komanda yoldaşım və mən qalib gəlmək istəyirik. Aramızda rəqabət var. Amma eyni zamanda komanda olaraq da qələbə qazanmaq niyyətindəyik. Bizim üçün prioritetlərdən biri budur".
Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.
Oxşar xəbərlər
Karlos Prates: İslam Maxaçevlə döyüşüm UFC tərəfindən təsdiqlənib
UFC-də yarımorta çəki dərəcəsində mübarizə aparan braziliyalı döyüşçü Karlos Prates növbəti titul görüşü ilə bağlı açıqlama verib. BAKU.WS xəbər verir ki, 77 ki...