Rodri "Barselona"da onu ən çox təəccübləndirən futbolçunun adını açıqladı

Rodri Barselonada onu ən çox təəccübləndirən futbolçunun adını açıqladı
İdman 19

"Barselona"nın yarımmüdafiəçisi Rodri komandada onu ən çox təəccübləndirən futbolçunun adını açıqlayıb.

BAKU.WS xəbər verir ki, ispaniyalı futbolçunun sözlərinə görə, bu, komandanın vingeri Rafinyadır.

Rodri bildirib ki, Rafinyanın mövqeyindəki dəyişiklik onun diqqətini çəkib:

"Rafinya məni ən çox təəccübləndirən futbolçudur. Mən ona dedim: "Lids"də vinger idin! İndi isə "doqquzluq" mövqeyində oynamaq xoşuna gəlir, elə deyilmi?" O cavab verdi: "Əvvəllər xoşuma gəlmirdi, amma... İndi bunu çox sevirəm".

Qeyd edək ki, Rodri avqustun ortalarında İngiltərənin "Mançester Siti" klubundan "Barselona"ya transfer olunub.

"Barselona" La Liqanın cari mövsümündə 7 turdan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər