"Real"ın üzvü UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
24
okt
2024
18:34
İspaniyanın "Real" (Madrid) klubunun futbolçusu Vinisius Junior azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
"Report" xəbər verir ki, o, səsvermədə Rafinya ("Barselona"), Takumi Minamino ("Monako") və Ticani Reyndersi ("Milan") qabaqlayıb .
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Borussiya" (Dortmund, Almaniya) ilə matçda het-trik edən braziliyalı vinger komandasının qələbəsinə əsas pay sahibi olmuşdu.
Oxşar xəbərlər
Premyer Liqa: "Qarabağ" və "Neftçi" rəqiblərindən son məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar
Misli Premyer Liqasında XXV turun daha iki oyunu bu gün keçiriləcək. BAKU.WS xəbər verir ki, ilk olaraq "Qarabağ" "Kəpəz"in qonağı olacaq. Qarşılaşma Yevlax şəh...