Kimi Antonelli İspaniya Qran-prisinin qalibi oldu
İtaliyalı "Mercedes" pilotu Kimi Antonelli 2026-cı il "Formula-1" dünya çempionatında İspaniya Qran-prisinin qalibi olub.
BAKU.WS xəbər verir ki, Madrinq şəhər trasında keçirilən yarışda ikinci yeri "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen tutub. "McLaren"in britaniyalı sürücüsü Lando Norris isə üçüncü olub.
İspaniya Qran-prisi ilk dəfə Madriddə keçirilib. 1991-ci ildən etibarən yarışa Barselonadakı avtodrom ev sahibliyi edib.
Qeyd edək ki, "Ferrari"nin pilotu Lyuis Hemilton əyləc sistemində yaranan problem səbəbindən yarışın 7-ci dövrəsində mübarizəni dayandırıb.
"Formula-1" üzrə növbəti mərhələ sentyabrın 24-26-da Bakıda keçiriləcək.
Oxşar xəbərlər
Arda Gülər Türk futbol tarixində yeni rekorda imza atıb
"Real Madrid"in formasını geyinən Arda Gülərin bazar dəyəri 100 milyon avroya yüksəlib. 21 yaşlı futbolçu bu göstəriciyə çatan ilk türk oyunçu olub. BAKU.WS xəb...