Göz ətrafındakı sarı ləkələr infarkt riskini 3 dəfə artırır

Göz ətrafındakı sarı ləkələr infarkt riskini 3 dəfə artırır
Digər 26

Göz qapaqları və ətrafında yaranan sarı rəngli ləkələr ürək-damar xəstəliklərinin erkən xəbərdarlıq əlaməti ola bilər.

BAKU.WS xəbər verir ki, Stanford Universitetinin rəhbərliyi ilə aparılan beynəlxalq araşdırmada göz ətrafında xolesterin və yağ yığılması nəticəsində yaranan sarı lövhələrə malik təxminən 18 min şəxsin məlumatları təhlil edilib.

Araşdırmanın nəticələrinə görə, göz ətrafında bu cür ləkələri olan şəxslərdə infarkt, insult və keçici işemik tutma riski belə ləkələri olmayanlarla müqayisədə təxminən 3 dəfə yüksəkdir.

Alimlər bildirirlər ki, bu ləkələr birbaşa infarkta səbəb olmur. Lakin onların damarların sərtləşməsinin səssiz göstəricisi ola biləcəyi qeyd edilir.

Mütəxəssislər göz ətrafında sarı ləkələr müşahidə edən şəxslərə dermatoloqa müraciətlə yanaşı, ürək-damar sistemi üzrə müayinədən keçməyi, qan təzyiqini və həyat tərzini nəzarətdə saxlamağı tövsiyə edirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər