Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi əsəcək.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Qeyd olunub ki, nisbi rütubət gcə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.
Oxşar xəbərlər
Gəncədə 40 minə yaxın sakin qazsız qaldı
Gəncədə 35-40 min abonentin qaz təchizatında fasilə yaranıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, fasiləyə səbəb ötən axşam Gəncə-Bakı magistral yolunun...