Venesiya Film Festivalının qalibləri bəlli oldu - SİYAHI

Venesiya Film Festivalının qalibləri bəlli oldu - SİYAHI
Şou-biznes 249

2026-cı il Venesiya Film Festivalının bağlanış mərasimində müsabiqənin qalibləri açıqlanıb.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, festivalın əsas mükafatı olan "Qızıl şir" danimarkalı rejissor May el-Tukinin "Naməlum qadın" filminə verilib.

May el-Tuki əsas müsabiqədə filmini müstəqil şəkildə çəkən yeganə qadın rejissor olub. Əsas müsabiqədə ümumilikdə 21 film yer alıb.

"Gümüş şir" – münsiflər heyətinin Qran-prisi isə Cənubi Koreya rejissoru Li Çan Donun "Mümkün sevgi" filminə təqdim olunub.

Rejissorluğa görə "Gümüş şir" mükafatını İlya Xrjanovski "Dau" filminə görə qazanıb.

Festivalın əsas müsabiqəsində mükafatlar belə bölüşdürülüb:

"Gümüş şir" – Qran-pri –Qızıl şir" – "Naməlum qadın", rejissor May el-Tuki;

"Gümüş şir" – Qran-pri – "Mümkün sevgi", rejissor Li Çan Don;

Rejissorluğa görə "Gümüş şir" – İlya Xrjanovski, "Dau";

Ən yaxşı qadın roluna görə Volpi kuboku – Matilda Arsel, "Naməlum qadın";

Ən yaxşı kişi roluna görə Volpi kuboku – Con Malkoviç, "Vəhşi at";

Ən yaxşı ssenari – Stefan Brize, Korali Amadeo və Olivye Qors, "Yaxşı balaca əsgər";

Münsiflər heyətinin xüsusi mükafatı – "Naza", rejissorlar Yuval Abraham və Raxel Şor;

Ən yaxşı gənc aktyor və ya aktrisa üçün Marçello Mastroyanni mükafatı – Malu Hebizi, "15/18".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...

382 Dünya 14:37 28 oktyabr 2026

Son xəbərlər