Dostluq küçəsində "çirkab düşmən": Sakinlər beziblər
Binəqədi rayonu, 28 May qəsəbəsinin Dostluq küçəsində kanalizasiya problemi sakinlərin ciddi narazılığına səbəb olub.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, kanalizasiya xətti tez-tez tutulur və nəticədə çirkab suları küçəyə axır.
Sakinlər bildiriblər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem tam həll olunmur. Onların sözlərinə görə, əraziyə gələn əməkdaşlar yalnız müvəqqəti təmir işləri aparırlar. Lakin qısa müddət sonra kanalizasiya xəttində yenidən problem yaranır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə məlumat verilib. Əraziyə baxış keçiriləcək, tullantı su xətləri yoxlanılacaq və hər hansı tutulma aşkar edilərsə, aradan qaldırılacaq.
Qurum həmçinin qeyd edib ki, şəbəkənin vaxtaşırı tutulmasına səbəb vətəndaşların kanalizasiya xətlərinə məişət tullantıları atmalarıdır. Sakinlərdən kanalizasiya xətlərinə tullantı suyundan kənar əşyalar və məişət tullantıları atmamaq xahiş olunur.
Oxşar xəbərlər
Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb
Bakının Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yenidən sürüşmə təhlükəsi yaranıb. Eyni yerdə 1 ildə ikinci dəfə sürüşmə baş versə də, ərazini lentləməkdə...