Üzdə şişkinlik, dəridə səpkilər: Səbəb geyiminizdə gizlənə bilər
Geyindiyimiz paltarlar bəzən dərimizdə dərin izlər buraxır. Hətta üzdə və gözlərin ətrafında şişkinliyə gətirib çıxarır. Bəs bu əlamətlər hansı hallarda ciddi siqnal hesab olunur?
Mövzu ilə bağlı Baku TV-yə açıqlama verən allerqoloq Ramil Qocayev bildirib ki, bədənlə təmasda olan geyimlər və digər vasitələr orqanizmdə müxtəlif allergik reaksiyalar yarada bilər:
"Xüsusilə, geyimlərin tərkibindəki kimyəvi maddələrin və tünd rənglərin həddindən artıq olması bədənin müxtəlif nahiyələrində səpkilər, qızartılar, sulanmalar və gözətrafında quruluq kimi fəsadlara yol açır. Ümumiyyətlə, təmasda olduğumuz hər bir əşya allergiya mənbəyinə çevrilə bilər. Hər orqanizmin fərdi xüsusiyyətləri olduğu üçün reaksiyalar da müxtəlifdir. Burada həm yeni, həm də köhnə geyimlər əsas risk faktorları sırasındadır".
Həkim, xüsusilə, mövsüm dəyişikliyi zamanı diqqətli olmağı tövsiyə edib:
"Payızın gəlişi ilə uzun müddət saxlanılan yerlərdən çıxarılan geyimlərdə toz gənələri və ya müxtəlif mikroorqanizmlər məskən sala bilər. Bu da orqanizmdə asqırma, gözlərdə sulanma və qızartı ilə müşayiət olunan mövsümi allergik reaksiyalara səbəb ola bilər. Belə hallara daha çox yaz və payız fəsillərində rast gəlinir".
Oxşar xəbərlər
Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK - Yeni ilə qədər...
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb. BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Ə...