Premyer Liqa: "Zirə" bu gün "Qarabağ"ı qəbul edəcək
Misli Premyer Liqasının V turunda bu gün "Zirə" və "Qarabağ" komandaları qarşılaşacaq.
BAKU.WS xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş 19:00-da başlayacaq.
Mövsümdə hələ məğlub olmayan "Qarabağ" uğurlu seriyasını davam etdirməyə, ötən tur "Sabah"a böyük hesabla uduzan "Zirə" isə turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağa çalışacaq.
Günün digər oyununda "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma 16:30-da start götürəcək.
Turun əvvəlki oyunlarında "Neftçi" "İmişli"ni 3:2, "Kəpəz" "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. "Sumqayıt" – "Şamaxı" görüşü isə 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, hazırda "Qarabağ" və "Zirə" 9 xalla müvafiq olaraq üçüncü və dördüncü pillələrdə qərarlaşıb. "Turan Tovuz"un 7, "Araz-Naxçıvan"ın isə 1 xalı var.
Oxşar xəbərlər
ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
Azərbaycan Tennis və Padel Federasiyası (ATPF) İspaniyanın Madrid şəhərində keçirilən Beynəlxalq Padel Federasiyasının (FIP) 36-cı Baş Assambleyasında iştirak e...