5G problemi kənd sakinlərini qəzəbləndirdi: Texniki işçini qülləyə bağladılar
13
sen
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanda mobil internetin zəif olmasından narazı qalan kənd sakinləri problemi həll etmək üçün əraziyə gələn telekommunikasiya texnikini qülləyə bağlayaraq girov götürüblər.
BAKU.WS xəbər verir ki, hadisə Uttar-Pradeş ştatının Fatehpur bölgəsindəki Hardauli kəndində baş verib. Sakinlər 5G xidmətindəki problemin təxminən iki ildir davam etdiyini bildiriblər.
Polis hadisə yerinə gələrək təxminən iki saat qüllədə saxlanılan texniki işçini xilas edib. Faktla bağlı 6 nəfər saxlanılıb. Onların daha sonra zaminə buraxıldığı bildirilib.
Oxşar xəbərlər
Zelenski Donbasla bağlı qəti qərarını açıqladı: "Geri çəkilməyəcəyəm"
Ukrayna Prezidenti Volodimir Zelenski Donbas ərazisindən Rusiyanın xeyrinə imtina etməyəcəklərini bəyan edib. BAKU.WS xəbər verir ki, Zelenski bu barədə Danimar...