"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürür
13
sen
2026
13:15
"Beşiktaş" heyətini gücləndirmək üçün Braziliyanın "Flamenqo" klubunda çıxış edən Luiz Arauxonun transferi üzərində çalışır.
BAKU.WS xəbər verir ki, İstanbul təmsilçisi 30 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmağı planlaşdırır. Arauxonun "Flamenqo" ilə müqaviləsi 2027-ci il dekabrın 31-dək qüvvədədir.
Braziliyalı yarımmüdafiəçinin də "Beşiktaş"a keçidə müsbət yanaşdığı bildirilir.
Luiz Arauxo karyerası ərzində "Novorizontino", "Sao Paulo", "Lill" və "Atlanta" kimi klubların formasını geyinib.
Oxşar xəbərlər
"Fənərbağça"nın sabiq qapıçısı İlie Datku vəfat edib
Türkiyənin "Fənərbağça" klubunda çıxış etmiş qapıçı İlie Datku vəfat edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İstanbul kollektivinin mətbuat...