"Turan Tovuz" və "Araz-Naxçıvan"dan 4 qolluq heç-heçə
Misli Premyer Liqasının V turunda "Turan Tovuz" və "Araz-Naxçıvan" komandaları qarşılaşıb.
BAKU.WS xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
Matçda hesabı 7-ci dəqiqədə Emmanuel Hakmanın avtoqolu ilə "Araz-Naxçıvan" açıb. İkinci hissənin 51-ci dəqiqəsində İbrahima Vadji "Turan Tovuz"un bərabərlik qolunu vurub.
75-ci dəqiqədə Jo Batista Tovuz təmsilçisini önə keçirib. Lakin görüşün 86-cı dəqiqəsində Ağadadaş Salyanski penaltidən dəqiq yararlanaraq yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra 8 xalı olan "Turan Tovuz" turnir cədvəlində 5-ci, "Araz-Naxçıvan" isə 2 xalla 11-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Fənərbağça"nın sabiq qapıçısı İlie Datku vəfat edib
Türkiyənin "Fənərbağça" klubunda çıxış etmiş qapıçı İlie Datku vəfat edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İstanbul kollektivinin mətbuat...