Boris Conson və Aİ rəsmiləri Ukraynada dron hücumunun hədəfinə yaxın olublar

Boris Conson və Aİ rəsmiləri Ukraynada dron hücumunun hədəfinə yaxın olublar
Dünya 13

Britaniyanın keçmiş baş naziri Boris Conson və bir sıra avropalı siyasətçi və diplomat Ukrayna ilə Polşa sərhədi yaxınlığında pilotsuz uçuş aparatının hücumuna məruz qalan dəmir yolu xəttinin yaxınlığında olublar.

BAKU.WS xəbər verir ki, "Der Spiegel"in məlumatına görə, Consonun da daxil olduğu xüsusi qatar təhlükəsizlik tədbirləri çərçivəsində dayandırılıb. Qatarın tərkibində Almaniya kansleri Fridrix Mertsin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Gunter Zautter, həmçinin Bundestaqın "Yaşıllar" partiyasından deputat Robin Vaqener də olub.

Məlumata görə, sərhədyanı ərazidə qatar səhər saat 05:00 radələrində dayandırılıb və sərnişinlərin bir qismi təxliyə edilib. Hadisə nəticəsində qatarda olan şəxslərdən heç biri xəsarət almayıb.

Nəşrin yazdığına görə, təhlükəsizlik tədbirləri Kiyev–Varşava marşrutu üzrə hərəkət edən başqa bir qatarın Polşa sərhədi yaxınlığında dron hücumuna məruz qalmasından sonra görülüb. Hücum nəticəsində qatarın lokomotivi zədələnib, lakin xəsarət alan olmayıb.

İsveçin keçmiş baş naziri Karl Bildt isə bildirib ki, hücuma məruz qalan qatar onların qatarı olmayıb. Onun sözlərinə görə, həmin qatar onların qatarından cəmi bir neçə dəqiqə sonra sərhəd keçidinə yaxın ərazidən keçib.

Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi partlayışların qatarın yaxınlığında baş verdiyini və hədəflərin infrastruktur obyektləri ilə yanacaqdoldurma məntəqələri olduğunu bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər