"Sea Breeze 2026" beynəlxalq turnirinin mükafatlandırma mərasimi keçirilib
Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirinin mükafatlandırma mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, yarışda iştirak edən dörd komandaya müxtəlif mükafatlar təqdim olunub.
Turnirin qalibi olan Azərbaycanın "Elit polo club" komandası qızıl, finalda 4:6 hesabı ilə məğlub olan İsveçrə təmsilçisi "Sankt Mortiz" gümüş, üçüncü yeri tutan Böyük Britaniyanın "Red Star" komandası isə bürünc medalla təltif edilib. Dördüncü pillədə qərarlaşan Rusiyanın "Moscow polo club" komandasına isə iştirak medalları təqdim olunub.
Mükafatları Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, gənclər və idman naziri Fərid Qayıbov və ARAF-ın baş katibi Elvin Məmmədxanov təqdim ediblər.
Bundan əlavə, turnirin hakimlərinə "Doğru oyun" medalları verilib.
Yarışın qalibi "Elit polo club" komandasına isə kubok təqdim olunub.
Qalereya
Oxşar xəbərlər
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi oldu
İtaliyalı "Mercedes" pilotu Kimi Antonelli 2026-cı il "Formula-1" dünya çempionatında İspaniya Qran-prisinin qalibi olub. BAKU.WS xəbər verir ki, Madrinq şəhə...