Qurban Qurbanov yığmanın baş məşqçisi postuna gətirilir: Son toplantı olacaq
02
noy
2017
12:00
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi postuna yeganə namizəd Qurban Qurbanovdur.BAKU.WS-in məlumatına görə, bu barədə ölkənin tanınmış idman jurnalisti Sənan Şəfizadə Facebook səhifəsində yazıb.O qeyd edib ki, noyabrın 3-də milli komandanın baş məşqçi vəzifəsinə namizədlərin müzakirəsiylə əlaqədar AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Hazırda ölkənin əsas komandasında baş məşqçi postuna yeganə namizəd "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdur.AFFA-nın mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, namizədlərin siyahısı ilə bağlı hələlik məlumat yoxdur.“Siyahı sabah müəyyənləşəcək. İcraiyyə komitəsinin iclasında baş məşqçi postuna namizədlər müzakirə olunacaq”, - deyə mətbuat xidmətindən bildirildi.BAKU.WS
Oxşar xəbərlər
Millimizin taleyi həll olunur: Qurban Qurbanov gətirilir?
AFFA-nın Robert Prosineçki ilə başa çatan müqaviləni yeniləməməsindən sonra yığmamızın baş məşqçisinin kim olacağı maraqla gözlənilir.BAKU.WS Yenicag.az-a istin...