UEFA sabah Azərbaycanın istəyinə cavab verəcək

UEFA sabah Azərbaycanın istəyinə cavab verəcək
İdman 1696
2019-cu ildə futbol üzrə Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarının Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi istəyilə AFFA-nın müraciəti əsasında qərar UEFA İcraiyyə Komitəsinin sabahkı iclasında qəbul olunacaq. BAKU.WS-in məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. “Sabah UEFA-nın Cenevrə şəhərində İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək və qeyd olunan turnirlərin final oyunlarını təşkil edəcək ölkələrin adları açıqlanacaq”.Qeyd edək ki, Çempionlar Liqasının final görüşü üçün BOS-un yeganə rəqibi İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” stadionudur. Avropa Liqasında isə İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" və Türkiyənin İstanbul şəhərində "Beşiktaş"a məxsus "Wodafone Arena" BOS-la birgə mübarizə aparır.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Çempionlar Liqasının final oyunu Bakıda keçirilə bilər

Çempionlar Liqasının final oyunu Bakıda keçirilə bilər

Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar xüsusi prezentasiya hazırlanıb. B...

3115 İdman 17:28 05 sentyabr 2017

Son xəbərlər