Qurban Qurbanov: “Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm

Qurban Qurbanov: “Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm
İdman 2874
Səhvlərimiz Çempionlar Liqasında ilk oyunumuzun olmağı ilə bağlıdır.BAKU.WS trend-ə istinadla məlumat verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Çelsi" ilə oyunu şərh edərkən deyib.Q.Qurbanov qeyd Çempionlar Liqasının qalibi olmağa namizəd bir komanda ilə oynadıqlarını bildirib:“Çelsi”nin gücü hər kəsə məlumdur. Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuzun olmağı ilə bağlıdır. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir.“Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik".Baş məşqçi “Çelsi” və Antonio Konteni də qələbə münasibətilə təbrik edib.BAKU.WS

Son xəbərlər