Qurban Qurbanov narazı qalmışdı - AFFA hakimlərin səs yazısını yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA Misli Premyer Liqasının 25-ci turunda baş tutan "Kəpəz"-"Qarabağ" oyununda mübahisəli penalti epizodu ilə bağlı həmin matçın hakimlərinin səs yazısını yayıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, matçda "Qarabağ"ın futbolçusu Kamilo Durana qarşı qayda pozuntusu olduğu ilə bağlı narazılıqlar var idi.
Belə ki, həmin oyundan sonra Qurban Qurbanov da hakimlərin VAR-a baxdığı və penalti təyin etmədiyi epizodla bağlı danışmışdı. O, bu epizodun 11 metrlik cərimə zərbəsi olduğunu bildirmişdi.
AFFA Hakimlər Komitəsi isə həmin epizodda hakimlərin niyə penalti təyin etmədikləri ilə bağlı danışıqlarını yayıb.
Oxşar xəbərlər
Arda Gülər "Real Madrid"lə müqaviləsini 2032-ci ilə qədər uzatdı
Türkiyə millisinin futbolçusu Arda Gülər "Real Madrid" klubu ilə müqaviləsinin müddətini uzadıb. BAKU.WS xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi məlumat...