"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb
28
noy
2018
19:07
"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının II mərhələsində cavab oyununa çıxıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, "qırmızı-qaralar" Almaniyada "Herta" ilə üz-üzə gəlib. Berlin şəhərində "Vurfplats" stadionunda təşkil edilmiş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ" bu nəticədən sonra UEFA Gənclər Liqasındakı çıxışını başa vurub. Qeyd edək ki, bu komandalar arasında Qəbələdə keçirilmiş ilk oyunda "Herta” 3:1 hesabı ilə qələbə qazanıb.BAKU.WS
Oxşar xəbərlər
"Qəbələ" növbəti mərhələyə yüksəlib
"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının I mərhələsində cavab oyununa çıxıb.Emin İmaməliyevin baş məşqçilik etdiyi kollekti...