UEFA ÇL: PSJ “Crevena Zvezda” klubunu böyük hesabla məğlub edib
03
okt
2018
23:35
Oktyabrın 3-də UEFA Çempionlar Liqasında ikinci turun növbəti oyunları keçirilib.BAKU.WS xəbər verir ki, C qrupda Fransanın PSJ klubu doğma meydanda Serbiyanın "Crevena Zvezda" klubunu qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb (6:1).Qrupun digər oyununda İtaliyada "Napoli" klubu İngiltərənin "Liverpul" komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.D qrupunda Rusiyanın "Lokomotiv" komandası Almaniyanın "Şalke" klubunu qəbul edib. Matç qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb.Qrupun digər oyununda Türkiyənin "Qalatasaray" klubu Portuqaliyanın "Porto" komandasının qonağı olacaq.BAKU.WS
Oxşar xəbərlər
Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək
Oktyabrın 2-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilir.E qrupunda yer alan Almaniyanın “Bavariya” klubu “Alyanz Arena”da Holland...