“Qarabağ” UEFA Gənclər Liqasında sonuncu oyununu keçirib
05
dek
2017
20:35
Dekabrın 5-də UEFA Gənclər Liqasında qrup mərhələsinin sonuncu turunda “Qarabağ” komandası növbəti oyununu keçirib.BAKU.WS xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19 komandası “Tre Fontane” stadionunda “Roma”nın qonağı olub. Matçın 19-cu dəqiqəsində “Roma”nın heyətində Zakaria Sdaiqui hesabı açıb. Qarşılaşmanın 36-cı dəqiqəsində Vicente Besuijen ikinci topu “Qarabağ”ın qapısından keçirib. Fasiləyə meydan sahibləri 2:0 hesablı üstünlüklə yollanıblar.Görüşün ikinci hissəsində “Qarabağ” qapısında üçüncü topu görüb.Oyunun 81-ci dəqiqəsində Ludoviko Dorazio fərqlənib.Beləliklə, matç “Roma”nın 3:0 hesablı üstünlüyü ilə başa çatıb.BAKU.WS
Oxşar xəbərlər
“Qarabağ” “Roma”ya minimal hesabla uduzdu - FOTO
Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində qarşılaşacaq “Qarabağ” və “Roma” klublarının start heyətləri açıqlanıb. BAKU.WS komandaların heyətlə...