“Qarabağ” “Roma”ya minimal hesabla uduzdu - FOTO

“Qarabağ” “Roma”ya minimal hesabla uduzdu - FOTO
İdman 5902
Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində qarşılaşacaq “Qarabağ” və “Roma” klublarının start heyətləri açıqlanıb. BAKU.WS komandaların heyətlərini təqdim edir: “Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarık El Yunusi, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana “Roma”: 1. Alison Beker, 4. Raca Naynqolan, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 21. Maksim Qonalons, 23. Qriqori Defrel, 25. Bruno Peres, 44. Kostas Manolas, 92. Stefan El Şaravi Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 6. Kevin Strotman, 16. Daniele De Rossi, 17. Cengiz Ünder, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 30. Gerson Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq “Qarabağ” – “Roma” matçı saat 20:00-da başlayacaq. ***Ağdamın “Qarabağ” komandası ilə İtaliyanın “Roma” klubu arasında görüşdə hesab matçın 7-ci dəqiqəsində açılıb. "Report"un məlumatına görə, “Roma” futbolçuları künc zərbəsindən sonra hesabı açıblar. Lorenzo Pelleqrininin ötürməsindən sonra “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin səhvindən istifadə edən Kostas Manolas topu başla qapıdan keçirib – 0:1.“Roma” komandası matçın 15-ci dəqiqəsində isə hesab arasındakı fərqi artırıb. El Şaravinin ötürməsindən sonra Edin Dzeko topu sinəsi ilə saxlayaraq vurduğu dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2.Ancaq matçın 28-ci dəqiqəsində “Qarabağ” komandası hesab arasındakı fərqi azaldıb. Dino Ndlovu pressinq nəticəsində rəqib müdafiəçidən topu alaraq Pedro Enrikəyə ötürmə edib. Gözəl ötürmədən sonra qapıçı ilə təkbətək qalan Pedro Enrike dəqiq zərbə ilə “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunu qapıdan keçirib – 1:2.Oyunun birinci hissəsində başqa qol qeydə alınmayıb və bununla da komandalar fasiləyə “Roma” klubunun 2:1 hesablı üstünlüyü ilə yollanıblar.Qollar (ROMA): Konstantinos Manolas (7), Edin Dzeko (15)Qollar (QARABAĞ): Pedro Henrique (29)BAKU.WS

Oxşar xəbərlər

"Qarabağ" "Roma"yla matça belə hazırlaşdı (VİDEO)

"Qarabağ" "Roma"yla matça belə hazırlaşdı (VİDEO)

"Qarabağ"ımız Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda "Roma"nı qəbul edəcək. BAKU.WS-in məlumatına görə, ko...

1270 İdman 10:25 27 sentyabr 2017

Son xəbərlər