"Keşlə" klubu Avropa Liqasında mübarizəni dayandırıb
19
iyl
2018
23:29
“Keşlə” klubu Avropa Liqasında Malta "Baltsan"ı ilə I təsnifat mərhələsinin cavab matçına çıxıb."Report" xəbər verir ki, “Dalğa Arena”da keçirilən oyun ”Keşlə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.Səfərdə baş tutan ilk görüşdə 1:4 hesabı ilə məğlub olan paytaxt təmsilçisi Avropa Liqasındakı mübarizəni dayandırıb.Qeyd edək ki, Maltanın “Baltsan” klubu Avropa Liqasının II təsnifat mərhələsində Slovakiyanın “Slovan” komandası ilə qarşılaşacaq.Avropa LiqasıII təsnifat mərhələsi, cavab oyunu21:00. "Keşlə” (Azərbaycan) – "Baltsan” (Malta) - 2:1Qol: Sezar Meza Kolli, 11 (penalti). Slavik Alxasov, 90 - Andriya Maydevac, 90Baş hakim: Mixail VilkovBaş hakimin köməkçiləri: Aleksey Vorontsov, Vladimir MineviçDördüncü hakim: Aleksey Suxoy (hamısı Rusiya)Hakim-inspektor: Stefen Lodj (İngiltərə)UEFA nümayəndəsi: Krouford Uilson (Şimali İrlandiya)Bakı. "Dalğa Arena”İlk oyun – 1:4BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibi müəyyənləşib
"Qarabağ" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub. Albaniya "Kukesi"si Maltanın "Valletta" klubunu iki oyunun nətic...