"Keşlə" klubunun baş məşqçisi istefa verib
16
iyl
2018
19:38
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Keşlə" komandasının baş məşqçisi Yuri Maksimov postundan istefa verib.Klubun Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ukraynalı mütəxəssis öz istəyi ilə postunu tərk edib.Qeyd edək ki, "Keşlə" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Maltada "Baltsan"a 1:4 hesabı ilə uduzub. Bu komandalar arasında cavab matçı iyulun 19-da Bakıda keçiriləcək. Bu ilin yanvar ayında "Keşlə"yə rəhbərlik edən Maksimov komandaya Azərbaycan Kubokunu qazandırıb. Bir müddət əvvəl onun müqaviləsi bir illik uzadılmışdı.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan kubokunun qalibi müəyyənləşib
Bu gün Azərbaycan kubokunun final matçı keçirilib. Qəbələ şəhər stadionundakı matçla 2017/18 mövsümünə yekun vurulub.Azərbaycanda Cümhuriyyətin 100 illik yubile...