"Qarabağ"ın dünya klubları reytinqində geriləyib
10
noy
2024
10:00
"Qarabağ" dünya klubları reytinqində daha 12 pillə geriləyib.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytında yayımlanan məlumata görə, Azərbaycan çempionu 507 komandalıq siyahıda 167,25 xalla 72-ci yerə düşüb.
Oktyabr ayında Ağdam klubu 8 pillə geriləyib.
18 mövqe geriləyən "Zirə" (94,25 xal) siyahıda 219-cu sıradadır. "Sabah" isə 12 pillə geriləyərək (59,50 xal) 423-cü yerə enib.
Qeyd edək ki, reytinq cədvəlinə 414 xalla İspaniyanın "Real" klubu liderlik edir.
Oxşar xəbərlər
"Neftçi"də ciddi itki
"Neftçi"nin kapitanı zədələnib. BAKU.WS İdmanxeber.az-a istinadən xəbər verir ki, Emin Mahmudov millinin düşərgəsindən zədəli qayıdıb. Təcrübəli futbolçu hazırd...