"Qalatasaray" səfərdə darmadağın oldu - VİDEO
"Qalatasaray" klubu Türkiyə Super Liqasının XXXII turunda məğlubiyyətə düçar olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "sarı-qırmızılar" səfərdə "Hatayspor"a böyük hesabla uduzub - 0:3. Qolları Mame Biram Diuf 21-ci və 72-ci, Ruben Ribeyro isə 29-cu dəqiqədə vurub.
Qonaq komandanı oyuna, baş məşqçi Fatih Terim və Ümit Davala cəzalı olduqları üçün Levent Şahin çıxarıb.
Beləliklə, son 5 matçda 3-cü və ardıcıl 2-ci məğlubiyyətlə üzləşən "Cim Bom" 31 oyundan 61 xalla 2-ci pillədə qalıb və çempionluq yolunda ağır məğlubiyyət alıb. "Hatayspor" isə xalını 49-a yüksəldib və 6-cı yerdə qərarlaşıb. Turnir cədvəlinə 29 oyundan 64 xala malik "Beşiktaş" başçılıq edir. "Fənərbağça" isə 30 oyundan 59 xalla 3-cüdür.
Oxşar xəbərlər
“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Neftçi” - “Qalatasaray” oyunu başa çatıb. BAKU.WS xəbər verir ki,...