"Fənərbağça" ilə "Beşiktaş" matçı yarıda qaldı - Şenol Güneşin başı yarıldı (VİDEO)

Fənərbağça ilə Beşiktaş matçı yarıda qaldı - Şenol Güneşin başı yarıldı (VİDEO)
Video
İdman 3358
Ziraat Türkiyə Kuboku yarımfinal cavab oyununda "Fənərbağça" ilə "Beşiktaş" arasında növbəti oyun baş tutub. BAKU.WS-in məlumatına görə, qarşılaşma 0-0 davam edərkən baş verən hadisələr səbəbiylə matç təxirə salınıb. Matçın 30-cu dəqiqəsində "Beşiktaş"ın təcrübəli müdafiə oyunçusu Pepe qırmızı kartla oyundan çıxdı. Qarşılaşmanın 1-ci hissəsi 0:0 hesabı ilə yekunlaşıb. İkinci hissənin 57-ci dəqiqəsində "Beşiktaş"ın baş məşqçisi Şenol Güneşin başına yad cisim atılıb. Yerdə qalan məşqçini dərhal xəstəxanaya çatdırıblar. Başına 5 tikiş vurulan məşqçi gecəni xəstəxanada keçirib. Hakim Mete Kalkavan meydançada baş verən hadisələri nəzərə alaraq oyunu təxirə salıb. TFF-nin bu cür hadisələrlə bağlı qəbul etdiyi qərarlara əsasən "Fənərbağça" klubuna texniki məğlubiyyət verilə bilər. AbbasBAKU.WS

Son xəbərlər